“SOCAR-ın Türkiyəyə investisiyalarının məbləği 15 mlrd. dolları ötüb” – Zaur Qəhrəmanov

20.09.2019 - 12:37

36d36ba1-de30-483d-aaa5-c57a5804e367Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Petkim” neft-kimya kompleksini aldıqdan sonra (2008-ci il) şirkətin Türkiyəyə investisiyalarının həcmi 15 mlrd. dolları ötüb.

“Report” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib:
“Türkiyəyə investisiyalarımız davam edir və ümumilikdə sərmayələrin həcminin 19,5 mlrd. dollara çatdırılması nəzərdə tutulur”.
O qeyd edib ki, təkcə “Petkim”ə ildə 100 mln. dollar investisiya yatırılır. Z. Qəhrəmanov “Petkim”in 51%-nin alınması üçün ödənilən məbləğdən başqa kompleksə indiyədək yatırılan investisayanın 1 mlrd. dollara çatdığını deyib. “Petkim” Türkiyənin neft-kimya məhsullarına tələbatının 20%-ni təmin edir. Kompleksdə istehsal edilən 60 növ məhsulu əksəriyyəti kiçik və orta sahibkarlıq müəssisələri olmaqla 6 min sənaye müəssisəsi istifadə edir”.

Z. Qəhrəmanov STAR neft emalı zavodundan da danışaraq qeyd edib ki, bu zavod 6,3 mlrd.dollar investisiya ilə həyata keçirilib, zavod ildə 10 mln. ton xam neft emal gücündədir: “STAR zavodu üçün hazırda Rusiya və İraqdan xam neft alınır”. O xatırladıb ki, STAR neft emalı zavodu Türkiyənin kəsirini ildə 1,5 mlrd. dollar azaldacaq. “SOCAR Turkey” rəhbəri neft məhsullarının saxlanması üçün 600 mln. dollar məbləğində əlavə investisiya həyata keçirildiyini bildirib. Z. Qəhrəmanov STAR zavoduna yatırılan investisiyanın 11-13 il sonra geri qaytarılacağını deyib.
“SOCAR Turkey” rəhbəri şirkətin digər investisiyası- limandan da danışaraq xatırladıb ki, 2010-cu ildə “Petlim Limancılık” yaradılıb, 400 mln. dollarlıq investisiya ilə istismara verilən liman bu il mart ayından “SOCAR Terminal” adlandırılmağa başlanıb.
Z. Qəhrəmanov Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsindən də danışaraq bildirib ki, layihə 7 mlrd. dollar investisiya ilə həyata keçirilib: “TANAP-la 2018-ci ilin iyun ayından Türkiyəyə qaz nəqlinə başlanılıb və bu ilin sonunadək kəmərlə qaz nəqlinin 4 mlrd. kubmetrə çatdırılması gözlənilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133359

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031