Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

24.09.2019 - 15:02

dcaca9d7-9027-4598-81fc-aa20cf78b6e3Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85%-ə bərabər olub.
8 ay ərzində Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 739,092 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 655,734 milyon dollar və yaxud 60,5% çoxdur.
Bu müddətdə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 974,996 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,541 milyon dollar və yaxud 2,75% azdır.
Azərbaycanın qardaş ölkəyə ixracı ümumi ixracın 12,9%-nə, idxalı isə ümumi idxalın 10,4%-nə bərabər olub

Short URL: http://www.cumhuriyyet.net/?p=133524

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31