XİN başçıları sərhədin razılaşdırılmamış hissələri ilə bağlı məsələni müzakirə ediblər

26.09.2019 - 10:08

3ef51f29-84a6-4d83-a9da-1676389156d0BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu bir daha vurğulanıb.

Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin konstruktiv yanaşma ilə məsələnin həllinə hazır olmalarını alqışlayıblar. Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı işi müsbət qiymətləndirilib.

Tərəflər iki ölkənin beynəlxalq tranzit və enerji layihələrinin reallaşdırılması sahəsindəki əməkdaşlığını yüksək dəyərləndiriblər.

Görüşdə Gürcüstan və Azərbaycanın GUAM çərçivəsində fəal əməkdaşlığı, təşkilata üzv ölkələrin nazirləri arasında və BMT Baş Assambleyası çərçivəsində müntəzəm görüşlər müsbət qiymətləndirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31