AŞ Rusiyanı 10 milyon avro kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb

26.09.2019 - 12:31

aspaAvropa Şurasının (AŞ) Nazirlər Komitəsi Rusiyanı 10 mln. avro həcmində kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə komitənin Rusiyadan 2006-cı ildə deportasiya olunanların işi üzrə qəbul etdiyi qərarda bildirilib.

Qərarda qeyd olunub ki, Rusiya Gürcüstana kompensasiyanı 2019-cu ilin aprel ayının 30-na qədər ödəməli idi. Lakin məbləğ bu günə qədər ödənilmədiyinə görə Rusiya tərəfindən müvafiq faizlər də tutulacaq.

Komitə həmçinin qeyd edib ki, Rusiyanın kompensasiya ödəməsi şərtsiz öhdəlikdir.

Avropa Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən, kompensasiya 2006-cı ildə insan haqlarının kobud pozulması ilə Rusiyadan kütləvi deportasiya olunan ən azı 1 500 şəxs arasında bölünməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31