AÇG-nin yeni platforması üçün növbəti tikinti müqavilələri imzalanıb

01.10.2019 - 18:57

3200x1800-ACG-collageXəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsinin yeni mərhələsi çərçivəsində inşa olunması nəzərdə tutulan “Mərkəzi-Şərqi Azəri” (ACE-Azeri Central East) platformasının tikintisi üçün yeni müqavilələr imzalanıb.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, yeni müqavilələr sualtı sistemlərin istehsalı və quraşdırılmasını əhatə edir.

“Bu, layihə üçün əhəmiyyətli bir nailiyyətin göstəricisidir və imzalanan müqavilələr yatağın işlənməsi üzrə bu irimiqyaslı layihədə iştirak edən çoxsaylı sahələrdə və istehsal meydançalarında əldə olunmuş irəliləyişə növbəti mühüm əlavədir”, – məlumatda qeyd edilib.

Yeni platforma üçün 4 yeni müqavilə imzalanıb.

Birinci müqavilə sualtı konstruksiyaların və qovşaqların layihələndirilməsi, tədarükü və tikintisi ilə əlaqədar müqavilədir və “Subsea 7 (Deep Sea) Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 36 mln. dollara yaxındır.

Sözügedən müqavilə üzrə iş həcmi sualtı infrastruktura qoşulmaq üçün lazım olan sualtı konstruksiyalar və qovşaqlar ilə əlaqədar müfəssəl layihələndirilmə, istehsal sexləri və quraşdırma işlərinin layihələndirilməsi, istehsal və quraşdırma işlərindən ibarətdir.

Müfəssəl layihələndirmə “Subsea 7″ şirkətinin Paris ofisindən aparılacaq, bütün tikinti və quraşdırma işləri isə yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.

Layihələndirmə işləri artıq başlayıb və quraşdırma işlərinin 2022-ci ildə başa çatdırılacağı gözlənilir.

İkinci müqavilə sualtı boru kəmərlərinin layihələndirilməsi, tədarükü, tikintisi və quraşdırılması ilə əlaqədardır və “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 51 mln. dollara yaxındır.

Sözügedən müqavilə üzrə iş həcmi neft və lay suyu, qaz ixracı və suvurma kəmərlərinin müfəssəl layihələndirilməsi, quraşdırma işlərinin mühəndislik təminatı, istehsalı, quraşdırılması və istismara təhvil verilməyə hazırlanmasından ibarətdir.

Müfəssəl layihələndirmə və quraşdırma işlərinin mühəndislik təminatı “Saipem” şirkətinin London və Riyeka şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Tikinti və istehsal işləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək, quraşdırma işləri isə “İsrafil Hüseynov” borudüzən barjı ilə aparılacaq.

Layihələndirmə işləri artıq başlanıb və quraşdırma işlərinin 2021-ci ildə başa çatdırılacağı gözlənilir.

Dayaq bloku bərkidici payalarının daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 1-ci və 2-ci kampaniya ilə əlaqədar müqavilə isə “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Bu müqavilənin dəyəri 37 mln. dollara yaxındır.

İş həcmi dayaq bloku bərkidici payalarının, həmçinin sualtı konstruksiyalar və qovşaqların ilkin partiyasının istehsal sahəsindən daşınması və ACE, “Şərqi Azəri” və “Mərkəzi Azəri” platformalarının yerləşdiyi zonalarda quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək.

Daşıma və quraşdırma işlərinin mühəndislik təminatı Saipem şirkətinin Riyeka və London şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.

Quraşdırma işləri 2020-ci ilə planlaşdırılıb.

Növbəti müqavilə dayaq bloku, üst modulların daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 3-cü kampaniya ilə əlaqədar müqavilə “Subsea 7 Deep Sea Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 112 mln.dollara yaxındır.

İş həcmi sual konstruksiyalar və qovşaqların istehsal sahəsindən daşınması və ACE platformasının yerləşdiyi zonada quraşdırılması və sonradan ACE dayaq bloku və üst modullarının müvafiq istehsal sahələrindən daşınması və quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək. Qeyd olunan işlərə quraşdırma sonrası sazlama və istismara təhvil verməyə dəstək də daxildir.

Daşıma və quraşdırma ilə əlaqədar mühəndislik təminatı “Subsea 7″ şirkətinin Parisdəki ofislərindən həyata keçiriləcək. Bu müqavilə üzrə bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.

BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond bildirib ki, BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün sualtı sistemlərin istehsalı və quraşdırılması üzrə əsas müqavilələrin imzalandığını elan etməkdən məmnundur: “AÇG müqaviləsinin imzalanmasının 25-ci ildönümündə bu, layihəyə yerli resursların yüksək səviyyədə cəlb olunması ilə əlamətdar olan və AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslardan istifadənin optimallaşdırılması barədə öhdəliyini vurğulayan daha bir əhəmiyyətli mərhələdir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-ə qədər iş yerinin açılacağı gözlənilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133933

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031