Neft Fondu son bir ildə valyuta satışını 3%-ə yaxın azaldıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 4 512,85 mln. ABŞ dolları məbləğində valyuta satıb.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 126,75 mln. dollar və ya 2,7% azdır.
Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin avqust ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 24,1% azalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=133946