ABŞ-ın neft ehtiyatları kəskin azalıb
Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (21-27 sentyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.
“APA-Economics”in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 5,92 barel azalaraq 417,94 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,6 mln. barel artacağı gözlənilirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızılın” qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=133963