Azərbaycanda verilmiş mikrokreditlərin sayı 4 milyona yaxınlaşıb
İndiyə qədər Azərbaycanın mikromaliyyə təşkilatları 4 milyona yaxın mikrokredit verib.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.
Onun sözlərinə görə, bu kreditlər 500 min müştəriyə mikro kredit verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=134072