BP-nin yeni rəhbəri Bernard Luni olacaq
BP şirkətinin baş icraçı direktoru Robert Dadli 2020-ci ilin mart ayının 31-də istefa verəcək. O həmçinin şirkətin Direktorlar Şurasını da tərk edəcək.
“APA-Economics”in BP-yə istinadla verdiyi məlumata görə, R. Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəzləyəcək. O, şirkətin Direktorlar Şurasının tərkibinə gələn ilin fevralın 5-də daxil olacaq.
Qeyd edək ki, hazırda 64 yaşı olan R. Dadli BP-də 40 il müddətində çalışıb. Son 9 ildə isə o, şirkətə rəhbərlik edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=134082