Kiçik və orta həcmli layihələrə 24 mln manat güzəştli kredit verilib

21.10.2019 - 15:50

99263f09-6d53-4e47-8b20-4e275f327f73Bu ilin 9 ayında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Nazirlikdə keçirilmiş geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür”.

Nazir qeyd edib ki, 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə fəaliyyətə başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=135014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31