“Romgaz” və SOCAR arasında anlaşma memorandumu imzalanıb

24.10.2019 - 16:36

“S.N.G.N. Romgaz S.A.” və SOCAR şirkətləri arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

SOCAR-dan verilən məlumata görə, memorandumun məqsədi Azərbaycan və Rumıniyanın, eyni zamanda beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır.

“SOCAR kimi bir tərəfdaşla əməkdaşlıq hər iki şirkətə qarşılıqlı fayda verəcək əla imkandır. Neft və qaz sənayesində oxşar tarixə malik iki ölkə arasında nou-hau, texnologiya və təcrübə mübadiləsi uğurlu əməkdaşlığa yol açacaq. Ən son texnologiyalar və təcrübələr vasitəsilə az tədqiq olunmuş hövzələrdə əhəmiyyətli kəşflər etmək olar”, – deyə  “Romgaz” şirkətinin baş icraçı direktoru Konstantin Adrian Volintiru bildirib.

Qeyd edək ki, Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “Romgaz” 70%-i dövlətə məxsus olan şirkətdir. Buxarest və London birjalarında qeydə alınmış bir şirkət olan “Romqaz” təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğul olur.

Xatırladaq ki, SOCAR qlobal miqyasda fəaliyyət göstərən dövlət şirkətidir. Şirkətin fəaliyyət sahələri arasında neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli üstünlük təşkil edir. SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı ilə  məşğuldur. Şirkət əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik, şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməyi hədəfləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728