Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

25.10.2019 - 11:24

merkezi bankOktyabrın 25-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir (yuxarı həddi 9,5%, aşağı həddi 6%).

Beləliklə, 2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında (cəmi 7 iclas) faizlərin endirilməsinə qərar verib. İl ərzində 1 iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 6 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında isə 7,75%-ə endirilib.

UÇOT DƏRƏCƏSİ NƏDİR?

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması pul bazarında real faiz dərəcələrinə təsir edir. Aşağı faiz milli valyutada yığımları (əmanət yerləşdirməyi) deyil, xərcləməyi stimullaşdırır.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır. /”Marja”

Short URL: http://www.cumhuriyyet.net/?p=135286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728