SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

31.10.2019 - 14:08

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.

Bu barədə “Cümhuriyyət”ə SOCAR-dan məlumat verilib. Bildirilib ki, “SOCAR Enerqoresurs” MMC qrupu Antipinski Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 mln. ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir.

SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Bildirilib ki, sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.

Qeyd edək ki, illik ümumi emal gücü 7,5 mln. ton təşkil edən Antipinski neft emalı zavodunda dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=135586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728