SOCAR “Neft daşları”nda 50-60 quyunun qazılmasını planlaşdırır

05.11.2019 - 16:05

db0373ee-0f2c-4191-aafd-12677938efb6Qarşıdakı illərdə “Neft daşları”nda 50-60 civarında quyu qazılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Neft Daşları”na təşkil olunmuş mediaturda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Neft daşları”nda beş meydança-özülün inşası nəzərdə tutulub: “Neft Daşları” Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz “Neft Daşları”ndan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə – Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930