“Burada müəyyən korrupsiyalar aşkar edilir… “ – Vahid Əhmədov

12.11.2019 - 15:16

modern.az_vahid_334ahmedov_ehmedov-696x434_192“Azərbaycanın 2020-ci il dövlət büdcəsinin makroiqtisadi göstəricilər nəzərə alınaraq hazırlanması müsbət haldır və ciddi problemlərin olduğunu düşünmürəm. Neftin qiymətinin 55 dolar götürülməsi, manatın məzənnəsinin qorunub saxlanılması, ÜDM-in 3 faiz artımı və digər məqamlar büdcənin normal hazırlandığını deməyə imkan verir”.

“Azpolitika.info” xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqda çıxış edərkən deyib.

O, bildirib ki, büdcənin gəlir hissəsində Neft Fondunun transferi 47 faiz, vergilər 32 faiz, gömrük rüsumları 16 faiz proqnozlaşdırılır: “Hesab edirəm ki, dövlət büdcəsinin gəlir hissəsində müəyyən imkanlar var ki, bunlardan istifadə etmək lazımdır. Birincisi, büdcə gəlirlərində torpaq, əmlak və yol vergilərinin həcminin kifayət qədər əsaslı olmadığı sübut olunur. Səhmləri dövlətdə olan müəssisələr tərəfindən alınan kreditlərin faizinin kifayət qədər aşağı olduğu görünür. Fikrimcə, həmin müəssisələrin dövlət büdcəsinə verdikləri vəsaitlərin həcmi gələcəkdə araşdırılmalıdır. Büdcənin gəlirlərində əsas diqqət çəkən qeyri-neft sektorudur. Bəli, 10,6 milyard manata yaxın proqnoz edilir, bu da ötənilkindən 16 faiz çoxdur. Hesab edirəm ki, cənab prezidentin dediyi kimi qeyri neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalı və bu sahəyə əsaslı vəsaitlərin qoyulmalıdır.

Qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür. Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının təşkilinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni İqtisadiyyat naziri bu müəssisələrin daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.”.

Vahid Əhmədov əlavə edib ki, dövlət xərclərinin effektivliyi də vacib məsələdir: “Hesab edirəm ki, büdcənin xərc hissəsində proqram və məqsədli tədbirlər üzrə maliyyələşmə əsaslıdır. Xərclərin tərkib hissəsində ən çox diqqət ediləcək məsələ satınalmalarla bağlıdır. 7,6 milyard vəsait ayrılır, amma burada müəyyən korrupsiyalar aşkar edilir. Hesablama Palatasının bizə verdiyi rəqəmdə bu öz əksini tapır. Yəni tenderlər düzgün keçirilmir, müqavilələr əsasında satınalmalar baş verir. Düşünürəm ki, büdcənin xərclər hissəsinə nəzarət mexanizmi gücləndirilməlidir. Korrupsiya ilə əlaqədar təkliflərim var. Biz 10 ildən çoxdur qanun qəbul etmişik, indi normativ sənəd hazırlanmalıdır. Baş nazirdən xahiş edirəm ki, bu sənəd hazırlansın və 2020-ci ildən gəlir deklarasiyasının tətbiqinə başlansın. İkincisi maliyyə aminstiyası ciddi məsələdir və bu da öz həllini tapmaılıdır”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930