Avropa İttifaqının 2020-ci il büdcəsi açıqlanıb

19.11.2019 - 13:35

avropa_parlamentiAvropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) 2020-ci il büdcəsini razılaşdırdıqlarını açıqlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gələn il Aİ-da büdcə gəlirlərinin 168,7 milyard avro, büdcə xərclərinin isə 153,2 milyard avro təşkil edəcəyini gözlənilir. Beləliklə büdcədə 15,5 milyard avro müsbət saldo yaranacaq.

Büdcədən məşğulluq və uyğunlaşma proqramları üçün 83,9 milyard avro, kənd təsərrüfatı və təbii sərvətlər üçün 58,6 milyard avro, “Erasmus” təhsil proqramı üçün 2,9 milyard avro, təhlükəsizlik üçün 3,7 milyard avro ayrılacaq.

Xatırladaq ki, Aİ-nın büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=136756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728