SOCAR: 2021-ci ildən Azərbaycanda qaz hasilatı bir qədər də artacaq

02.12.2019 - 16:27

Azərbaycanda tədricən artacaq qaz hasilatı azalan neft gəlirlərinin müəyyən qədər kompensasiyası üçün şərait yaradacaq.

APA-Economics”in “APA TV”ə istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Hazırda Azərbaycanda neft hasilatı təxminən stabilləşir, əlbəttə, qarşıdakı dövrlərdə bu göstəricinin tədricən aşağı düşməsini görəcəyik, çünki təbii olaraq bütün yataqlarda hasilat azalmalıdır, yataqlar köhnəlir. Lakin qaz hasilatının artması gözləntisi də var ki, bu da azalan neft gəlirlərinin müəyyən qədər tarazlaşması, kompensasiya edilməsi üçün şərait yaradacaq”, – deyə İ. Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, Xəzərdə yerləşən “Şahdəniz” qaz-kondensat yatağından başqa Azərbaycanın digər iri qaz yataqları və perspektiv strukturları var. Belə ki, “Abşeron” yatağının “Umid-Babək” strukturunun “Şəfəq-Asiman” perspektiv blokunun hesabına 2021-ci ildən başlayaraq ölkədə qaz hasilatı daha da artacaq.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Əşrəfi”, “Qarabağ”, “Ümid” və “Abşeron” yataqların ilkin çıxarıla bilən neft və kondensat ehtiyatları 1 458 mln. ton həcmində qiymətləndirilir. Göstərilən rəqəmin 1 340 mln. tonu AÇG-nin (1 100 mln. ton) və “Şahdəniz” (240 mln. ton) yatağının payına düşür.

Bundan əlavə, sözügedən 6 yataqdan ilkin çıxarıla bilən qaz ehtiyatları 2 440 mlrd. kubmetr təşkil edir ki, bunun da 1 850 mlrd. kubmetri AÇG (650 mlrd. kubmetr) və “Şahdəniz” (1 200 mlrd. kubmetr) yataqlarında yerləşir.

Qeyd edək ki, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2 200 mlrd. kubmetr həcmində qiymətləndirilir. Göstərilən rəqəmin 1 200 mlrd. kubmetri “Araz-Alov-Şərq” (700 mlrd. kubmetr) və “Şəfəq-Asiman” (500 mln. kubmetr) strukturlarının payına düşür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031