Yanvarın 14-də Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının təşkil etdiyi “İnsan hüquqları əsaslı yanaşma: Azərbaycan neft sektorunda mövcud vəziyyət və yeni çağırışlar” adlı Dəyirmi Masa bu suala cavab axtarıb. Tədbiri giriş sözü ilə açan İcimai Birliklərin MSŞA Koalisiyasının Şura üzvü İlham Hüseynli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ictimai diqqəti ölkənin korbihidrogen ehtiyatlarının istismarı, bu sektorun idarə olunması, gəlirlərdən bəhrələnmə, bu sektorda insan haqlarının qorunması vəziyyəti, milli neft şirkətinin sosial məsuliyyət məsələləri və s. bu kimi problemlərə yönəltməkdir.

Tədbirdə HHT IB-nin sədri, İcimai Birliklərin MSŞA Koalisiyasının koordinatoru Himayət Rizvanqızı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yeni çağırışlar aspektindən qiymətləndirildikdə…” mövzusunda çıxış edib. O öncə ARDNŞ-in yaranma səbəbləri, yaradılmasının və fəaliyyətinin hüquqi əsasları, neft və qaz kimi milli sərvətlərin kimə mənsubluğu məsələlərinə toxunub, ARDNŞ-i bir şirkət kimi xarakterizə edən bəzi rəqəmləri təqdim edib, şirkətin ölkənin həyatında rolunu dəyərləndirməyə çalışıb. Çıxışdan məlum olub ki, konsolidə edilmiş vergilər ödəyən ARDNŞ-in 2020-ci il üzrə dövlət büdcəsinə 1 mlrd. 450 mln. manat məbləğində vergi ödəməsi nəzərdə tutulub. Bu da büdcə gəlirlərinin 6%-ni təşkil edəcək. Şirkətdə 2018-ci il üzrə 8505 qadın (16.61%-), 42620 kişi (83,39%) olmaqla 51 125 nəfər çalışır.

H. Rizvanqızı çıxışında ARDNŞ-in “Sosial fəaliyyət və yerli inkişafa dəstək” istiqamətində fəaliyyətinə toxunaraq qeyd edib ki, şirkət 2018-ci ildə “Həlak olmuş və zərər çəkmiş işçilərin ailələrinə dəstək üzrə 2 408 nəfərə cəmi 9 173 970 manat maddi yardim göstərib.

İşçilərin mənzil şəraitlərinin yaxşilaşdirilmasi üçün mənzil növbəsində olan Bakı üzrə 2627, regionlarda 442 nəfərdən 80 nəfəri mənzillə və 189 nəfəri isə torpaq sahəsi ilə təmin olunub.

Şirkətdən kənar Xeyriyyəçilik və sponsorluq fəaliyyətinə isə cəmi 4 614 715 manat vəsait ayırıb.

Çıxışında NHMT-ının 2018-ci il üzrə hesabatına istinadən ARDNŞ-də insan hüquqlari pozuntularına xüsusi yer ayıran və onlarla belə faktları qeyd edən H. Rizvanqızı sonda içtimayyəti iki məsələ ilə bağlı suallar ətrafında düşünməyə və araşdırmalara dəvət edib: 1) ARDNŞ-in –ixtiyarına Neft sektorunun bütün resurslari, xalqın təbii sərvəti verilmiş bir qurumun Azərbaycan xalğının həyatına (vergilər, əhalinin məşğulluğunda iştirak, sosial layihələrə ayırmalar, xeyriyyəçilik və s. nəzərə alınmaqla) qatqısı Şirkətin yaranma məqsədinə və xalğın gözləntisinə ekvivalentdirmi? 2. İnsan hüquqları aspektindən yanaşsaq və bu günkü ARDNŞ-i göz önündə bulundursaq neft kimi strateji milli sərvəti ARDNŞ-in ixtiyarına vermək Azərbaycan xalqının hüquqlarının pozulması deyilmi?

Sonra hüquqşünas Mənsum Bayramov «Həssas qrupların, xüsusən əlilliyi olan insanların hüquq və imtiyazları: neft sektorunda bu hüquqların təminatı vəziyyəti» mövzusunda çıxış edib. M. Bayramov öncə tipiklik baxımından ötən ilin sonlarında ARDNŞ və əllillər arasında yaşanan insidenti diqqət ayırdı, onun baş verməsinə şərait yaradan amilləri və hüquqi boşluqları vurğuladı. Eyni zamanda, hətta məhkəmə müstəvisinə çıxarılmış bəzi işləri misal göstərərək neft şirkətində baş verən qanun pozutularını xarakterizə etməyə çalışdı. O həmçinin çıxışında Azərbaycan respublikasının qanunu “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli qanunuyla, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan respublikasının 31 may 2018-ci il qanununu əlillərə verilən hüquq, imtiyaz və güzəştlər baxımından dəyərləndirdi və 2-ci qanunla ləğv edilən 1-ci qanunu daha məqbul saydığını bildirdi. Çıxışçı müxtəlif qurumlarla, o cümlədən neft şirkəti ilə arzuolunmaz insidentlərin gələcəkdə də baş verməməsi üçün əlillərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini, ölkənin 2008-ci ildə qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiyanın tələblərini nəzərə almağı vacib saydığını bildirdi.

Daha sonra isə çıxışlar ətrafında müzakirələr başladı. MSŞA Koalisiyasının Şura üzvü Məlahət Mürşüdlü, Ellada Məmmədli o dövr hasisələrinin iştirakşısı kimi ARDNŞ-in ilk illərdəki sosial yönümlü fəaliyyətindən faktları iştirakçılarla bölüşdü və bu günlə paralellər apardı. Daha sonra çıxış edən MSŞA Koalisiyasının Şura üzvü Fuad Həsənov, İlham Hüseynli, Jalə Cəfərova, Çəmil Haçıyev və başqaları Koalisiyanın belə tədbirləri davam etdirməsi, Ölkənin EİTİ təşəbbüsünə qaytarılması tələblərinin gücləndirilməsi və s. təkliflər irəli sürmüşlər.