“Şahdəniz”də qaz hasilatı ötən il 46% artıb

06.02.2020 - 14:51

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 mln. ton (28,6 mln. barel) kondensat hasil edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 46% və 40% çoxdur.

 BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabatda qeyd olunub ki, ötən il hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.

Hesabata əsasən, 2019-cu ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 544 mln. dollara yaxın əməliyyat xərcləri (5,9% azalma) və 1,1 mlrd. dollar əsaslı xərclər (23,6% azalma) çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142560

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829