Rusiyanın 5 ən varlı adamı bir gündə 4,2 milyard ABŞ dolları itirdi – YENƏ KORONAVİRUS

29.02.2020 - 19:28

Rusiyanın 5 ən varlı insanının sərvəti bir gün ərzində koronavirus səbəbi ilə 4,2 milyard ABŞ dolları azalıb.

“Forbes Real Time”ın reytinqində belə deyilir.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında birinci olan “NorNikel” şirkətinin sahibi Vladimir Potaninin sərvəti bir gündə təxminən 900 milyon ABŞ dolları azalaraq 25,7 milyard dollara düşüb.

“LİKoil”un həmtəsisçisi Vahid Ələkbərov 900 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun sərvəti 23,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

NOVATEK-in İdarə Heyətinin sədri Leonid Mixelson isə indi 22,5 milyard ABŞ dollarına sahibdir ki, bu da bir gün əvvələ nisbətən 300 milyon ABŞ dolları azdır.

Novolipetsk Metallurgiya Zavodunun və “Universal Cargo Logistics Holdinq” kimi nəqliyyat və logistika holdinqinin sahibi Vladimir Lisinin də aktivləri 1,5 milyard ABŞ dolları azalaraq 21,1 milyard ABŞ dollarına düşüb.

“Severstal” şirkətinin həmtəsisçisi Aleksey Mordaşov isə bir gündə 650 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun 19,6 milyard ABŞ dolları məbləğində varidatı var.(“Report”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930