Neftin qiyməti kəskin ucuzlaşdı – Bir gecədə 33 faiz!

09.03.2020 - 11:00

“Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 33,4% azalaraq 33,94 ABŞ dollar/barelə düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə 02:25-də “Brent” markalı neftin qiyməti yüksəlib və 35,23 ABŞ dolları təşkil edib.

“WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.

“Brent” neftinin bu qiyməti 2016-ci il fevral ayından bəri ən aşağı qiymətdir.

Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması “qara qızıl”ın qiymətinə mənfi təsir edib.

OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=143721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31