“Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında şok yaratmayacaq” – RƏY

09.03.2020 - 12:36

“Dünya bazarında neftin ucuzlaşması neft ölkələri, o cümlədən Azərbaycan üçün heç də yaxşı hal deyil, amma qiymət azalması iqtisadiyyatımızda şok yaratmayacaq”

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, milli iqtisadiyyat Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində xeyli şaxələndirilib:

“Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda qeyri-neft sektorunun payının artmasına səbəb olub. Bundan əlavə, Azərbaycanın qızıl-valyuta ehtiyatları da dövlət büdcəsi ilə bağlı öhdəlikləri yerinə yetirməyə imkan verir. Hesab edirəm ki, büdcə qanunvericiliyində nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetiriləcək”, – deyə millət vəkili qeyd edib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143743

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930