Manat bu valyutalar qarşısında 24 faizədək bahalaşıb

19.03.2020 - 14:00

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutaları Manat qarşısında ucuzlaşırlar.

Marja-nın Mərkəzi Banka istinadən məlumatına görə, 2020-ci ilin əvvəlindən bəri 1 Rusiya Rublu Manat qarşısında 24,4% dəyərdən düşərək 0,0275 manatdan 0,0208 manata düşüb.

Eyni dövrdə 1 Türk Lirəsi 8,9% ucuzlaşaraq 0,2870 manatdan 0,2616 manata geriləyib.

1 Gürcüstan larisi 9,8% ucuzlaşaraq 0,5947 manatdan 0,5365 manata, 1 Qazaxıstan tengəsi isə 15,5% ucuzlaşaraq 0,0045 manatdan 0,0038 manata düşüb.

100 İran rialının rəsmi məzənnəsi ilin əvvəlindən bəri dəyişməyərək 0,0040 manatda qalıb.

1 Avro isə 2,6% ucuzlaşaraq 1,9025 manatdan 1,8528 manata düşüb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması, Manatın isə bahalı qalması ölkəmizin qeyri-neft sektorunun ixracına mənfi təsir edə bilər. Əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşməsi Manata təzyiqi artırır. Ya qeyri-neft sektorunun mənfi təsir görməməsi üçün Manat ucuzlaşdırılmalı, ya da ölkədə maliyyə sabitliyinin pozulmaması, təşvişin artmaması, inamın itməməsi, idxalın bahalaşmaması üçün məzənnə sabit saxlanılmalıdır.

Xaricdən, ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması ilə yaranan təzyiq ilə bərabər, bu gün neftin kəskin ucuzlaşması ilə daxildə dollara tələbin artması da Manata yuxarı istiqamətli təzyiqi artırıb. Əhali panika davranışı ilə banklara dollar almağa üz tuturlar. Əhalinin və biznesin təlabatını ödəmək üçün son 5 valyuta hərracında banklar 1 milyard 214 milyon 500 min dollar alıblar.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930