“Qlobal iqtisadiyyatda bənzəri görünməmiş bir şok olacaq” – Moody’s

26.03.2020 - 12:10

Beynəlxalq kredit reytinqi təşkilatı Moody’s, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,6%-dən mənfi (-) 0,5%-ə endirib.

Moody’s-in yaydığı açıqlamada, Kovid-19 epidemiyasının qlobal iqtisadiyyatda bənzəri görülməmiş bir şoka səbəb olacağı bildirib.

Qlobal iqtisadi artım proqnozunun aşağı salındığı qeyd edilən açıqlamada, “Qlobal iqtisadiyyatın 2020-ci ildə 0,5% azalmasını, 2021-ci ildə 3,2% artmasını gözləyirik. Koronavirus ortaya çıxmadan əvvəl, keçən il noyabrda, qlobal iqtisadiyyatın 2,6% artacağınıi təxmin edirdik” ifadələri istifadə edilib.

Ölkələrin iqtisadi artım proqnozlarına da yer verilən açıqlamada, daha əvvəl 2,3% artacağı təxmin edilən ABŞ iqtisadiyyatının, bu il 2% azalmasının, 2021-də isə 2,3% artmasının gözlənildiyi qeyd edilib.

Daha əvvəl 1,2% artacağı nəzərdə tutulan Avro Bölgəsi iqtisadiyyatının bu il 2,2% azalacağı, 2021-də isə 2% artacağı təxmin edilib.

Təşkilat, maliyyə sektorundakı dalğalanmanın, böyük mərkəzi bankların və hökumətlərin sürətli tədbirlərinə baxmayaraq, 2008-dəki qlobal maliyyə böhranı dövründə görülən səviyyələrə çatdığını qeyd edib. /”Marja”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930