“Dünyanı iqtisadi geriləmə və işsizlik gözləyir…” – 25 milyon insan işini itirəcək

26.03.2020 - 12:18

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo belə bir xəbərdarlıqla çıxış edib ki, “koronavirus pandemiyasının nəticəsi olaraq, dünyanı iqtisadi geriləmə və iş yerlərinin itirilməsi gözləyir”.

“AzPolitika.info” xəbər verir ki, təşkilat rəhbərinin bu fikirlərinin əks olunduğu videomüraciət ÜTT-nin rəsmi internet saytında yayımlanıb.

Azavedo deyib ki, bu pandemiya dünya iqtisadiyyatına, ticarətə və bunun da nəticəsi olaraq, insanların rifah halına mənfi təsir göstərəcək. ÜTT rəhbərinin fikrincə, bu böhran 2008-ci ildə yaşanan böhrandan daha ağır və dərin ola bilər.

Bundan əvvəl “Bloomberg”-in mütəxəssisləri də dünya ölkələrini, xüsusilə də Avropanı dərin iqtisadi böhran gözlədiyini bildirmişdilər. Qeyd olunurdu ki, artıq işgüzar aktivliyin azalması səbəbindən Avropanın PSA (Peugeot, Citroën, Vauxhall və Opel), Fiat Chrysler (Alfa Romeo, Chrysler, Dodge və s.) və Volkswagen kimi avtomobil nəhəngləri fəaliyyətlərini demək olar, tam dayandırıblar.

Həmçinin, iqtisadçıların proqnozlarına görə, Avropa Birliyini yarandığı gündən indiyə qədər görünməmiş səviyyədə Ümumi Daxili Məhsulun(ÜDM) kəskin azalması gözləyir.

Ümumdünya Əmək Təşkilatı isə bu pandemiya nəticəsində dünyada 25 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırıb.

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=144461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31