Nazirlik ödəmələrlə bağlı xəbərdarlıq yaydı – Video

17.04.2020 - 14:55

Aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.

İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11.567 vergi ödəyicisinə 123.343 nəfər muzdlu işçinin əmək haqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31.180 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29.946 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22.949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcək.


Short URL: http://www.cumhuriyyet.net/?p=145300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31