Dünyada 1,6 milyard insan pulsuz qalacaq

30.04.2020 - 07:39

Dünyada qeyri-rəsmi sektorlarda çalışan 1,6 milyard insan koronavirus pandemiyasına görə pulsuz qalmaq təhlükəsi ilə üzləşib.

Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı məlumat açıqlayıb.

Dünyada rəsmi işləyənlərin yarısına qədəri – 300 milyondan çox insan isə işsiz qala bilər. Bundan əvvəl 195 milyon nəfərin işsiz qalacağını proqnozlaşdıran təşkilat öz proqnozlarına pisləşmə istiqamətində kəskin dəyişiklik edib. İndi söhbət 305 milyon nəfərdən gedir.

Böhranın ilk ayı dünyada qeyri-rəsmi işləyən insanların gəlirlərinin 60 faiz azalmasına gətirib çıxarıb. Bu zaman Afrika və Amerika qitəsində insanlar 81 faiz, Asiya-Sakit okean regionunda 21,6 faiz, Avropa və Mərkəzi Asiyada isə 70 faiz gəlirindən məhrum olub.

BƏT-in hesablamalarına görə, 436 milyondan çox müəssisə fəaliyyətində ciddi fasilələrin yaranması riski ilə üzləşib. Bunlardan 232 milyon müəssisə ticarət, 111 milyon emal sənayesi, 51 milyon mehmanxana və iaşə, 42 milyon daşınmaz əmlak və digər sektorlarda fəaliyyət göstərir.

BƏT rəhbəri Qay Rayder bildirir ki, dünyada milyonlarla müəssisələr ayaq üstə güclə dayanır: “Onların ehtiyat vəsaitləri və kredit almaq imkanları yoxdur. Əgər biz indi onlara kömək etməsək, bu müəssisələr sadəcə, məhv olacaqlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=145573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31