FED dollarla bağlı vacib qərar verdi

30.04.2020 - 08:19

ABŞ Mərkəzi Bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) illik uçot dərəcəsini, gözlənildiyi kimi, 0-0,25 faiz saxlayıb.

Maliyyə tənzimçisinin, rəhbərliyin iclasının nəticəsinə əsasən verdiyi xəbərdə belə deyilir.

“Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi”, – tənzimləyicinin saytında bildirilib.

“Report” xatırladır ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır.

Short URL: http://www.cumhuriyyet.net/?p=145602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31