Azərbaycanda bəzi bankların maliyyə vəziyyətini pisləşdirən səbəblər açıqlanıb

06.05.2020 - 23:14

“Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı araşdırmalar göstərir ki, son vaxtlar maliyyə vəziyyəti pisləşmiş bankların problemləri oxşardır”. “Report” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
“Məlum 4 bankdan 3-ü – . “Atabank”, “NBC Bank” və müəyyən dərəcədə “Amrah Bank” bazara açıq olmayan, sahibinin biznesinə qapanmış banklardır. Təəssüf ki, uzaq keçmişimizdən qalmış bir bank modeli var. Bank daxil olduğu böyük bir holdinqə, biznesə xidmət edir. Əhalidən qəbul edimiş əmanətlər də məhz həmin biznesə yönəldilir və itirilir. Yəni, çox riskli kredit siyasəti yürüdülür, böyük iddiaları olan şəxslərin layihələri maliyyələşdirilir, bilinmir bu layihələrin axırı nə olacaq, hətta bank profilindən kənar böyük əmlaklar alınır və son nəticədə vəsaitin yerləşdirilməsi xeyir gətirmir. Aşağı səviyyədə idarəetmənin olması, risk menecmentinin olmaması kimi problemlər var”, – deyə o, qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930