“Alibaba”nın ümumi gəlirləri 22%-dən çox artıb

22.05.2020 - 17:31

Bu ilin I rübündə Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkətinin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artaraq 114,3 milyard yuan (16 milyard ABŞ dolları) təşkil edib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 93,9 milyard yuanı (13,2 milyard ABŞ dolları) əməliyyat gəlirləridir ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur.

Qeyd edək ki, “Alibaba” 2021-ci ildə Avropa və ABŞ-dakı əsas rəqiblərini qabaqlayaraq 650 milyard yuandan (91,55 milyard ABŞ dolları) çox gəlir əldə etməyi proqnozlaşdırır.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147205

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31