AZƏRBAYCANDA İŞSİZİLƏR NECƏ “YOXA ÇIXIR”?

29.05.2020 - 10:24

Dövlət Statistika Komitəsinin (DSK) son hesabatına görə, bu ilin 1 may tarixinə qədər işsizlərin sayı 298 min nəfər təşkil edib. Bu da dövlət başçısının qərarı ilə aprel-may aylarında birdəfəlik ödəmə alan işsizlərin sayının 600 min nəfərə çatdırılması zamanı məlum olub. Bəs, görəsən aprel ayında DSK işsizliyin səviyyəsini nəyə görə iki dəfə artırmış oldu?

Xatırladaq ki, ötən ayın ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyev, COVID-19 ilə əlaqədar sosial tədbirlər çərçivəsində dövlətdən birdəfəlik maddi yardım alacaq işsizlərin sayını 3 dəfə – 600 min nəfərə qədər artırmağı əmr etmişdi. Məlum olub ki, ölkədə dövlət başçısının qərarı ilə 600 min insanın işsizlik müavinəti ödənilir və statistika birdən onların sayını yarıya qədər endirir. Necə və nəyə əsasən? Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən qeydiyyata alınan 300 mindən çox işsiz hara yoxa çıxdı?
AYNA-ya şərhində iqtisadçı-ekspert Nemət Əliyevin dediyinə görə, Prezidentin göstərişi onun deməyə əsas verir ki, 600 min nəfər işsizin olması dövlət başçısı səviyyəsində rəsmi olaraq tanınıb: “Hökumət səviyyəsində iki ay ərzində onlara 190 manat birdəfəlik ödəmə verilməsi qərara alındı. İşsizlər ordusunun kütləvi axını səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron qeydiyyat sisteminin bu ilin aprelində necə çökdüyünü hamımız xatırlayırıq. Bundan əlavə, bu ödəmələrin məqsədi, ehtiyacı olanlara pul verilməməsinin səbəbləri barədə lətifələr də dolaşır. İşsizlər ordusunun qeydiyyatı bütün ölkəni şoka saldı, amma ƏƏSMN-in hesabatlarını hələ də görməmişik”.
Qeyd edək ki, ƏƏSMN-in rəsmi məlumatına görə, 1 may 2020-ci il tarixinə qədər ölkədə 5197,2 minə qədər iqtisadi fəal insan var ki, bunun da 4899,4 min nəfəri iş yerlərinə sahibdir. Rəsmi statistikaya görə, işsizlərin sayı 298,000 (5197.2 – 4899.4) nəfərdir./ayna.az/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031