Belarus Azərbaycanla neft tədarükü üzrə uzunmüddətli müqavilələr hazırlayır

09.06.2020 - 12:22

Belarus treyderləri Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfdaşları ilə alternativ neft tədarükü üzrə uzunmüddətli müqavilələr hazırlayır.

“APA-Economics”in Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Belneftexim” konserninin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Ruslan Labut deyib.

“Alternativ yeni bir reallığa çevrildi. Belarus Rusiya təchizatçılarının təklif etdiyi ən əlverişli şərtlərin olduğu şəraitdə də alternativ neft tədarük istiqamətlərindən imtina etməyəcək. Enerji təhlükəsizliyi ciddi qaydalar tələb edir və Belarusun neft ticarətçiləri uzunmüddətli müqavilələr hazırlayır”, – deyə R. Labut qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında SOCAR Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Belə ki, ilin əvvəlindən SOCAR Belarusa 2,05 mln. barel Azərbaycan nefti göndərib. Bununla yanaşı, ötən dövr şirkət sözügedən ölkəyə 1,78 mln. ton həcmində üçüncü istehsalçıların neftini göndərib.

Xatırladaq ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728