Azərbaycan manatının real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb

22.06.2020 - 15:10

“Bu gün Azərbaycan manatının real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb”.

“APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, son 5 ildə Azərbaycan manatının real effektiv məzənnəsi pik həddə çatıb: “Belə bir şəraitdə, manatın məzənnəsinin sabitliyi təkcə əhalinin maraqları yox, həm də maliyyə və bank sektorları üçün əhəmiyyətli göstəricidir. Biz əvvəlcədən də bunu proqnozlaşdırmışdıq ki, Azərbaycan iqtisadiyyatı neftin aşağı qiymətlərinə immunitet qazanıb. Biz aprel ayında neftin hətta 20 ABŞ dollarından aşağı həddini gördük. Amma buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruya bildi və pandemiyanın təsirlərini minimuma endirilməsində öz sözünü dedi”.

Xatırladaq ki, manatın real effektiv məzənnəsi 1 may 2020-ci il tarixinə 107,4 bənd təşkil edib. Bu, 2016-cı ildən etibarən ən yüksək göstəricidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728