“Belə davam etsə, ölkədə su üsyanı olacaq” – İQTİSADÇI ALİM

28.06.2020 - 22:35

“Su təchizatı üçün ötən il yalnız büdcədən 713,8 milyon manat xərclənsə də, bu il də şəhərlərdə icməli su, kəndlərdə isə həm içməli və həm də suvarma suyu qıtlığı yaranıb”

“2019-cu ilin dövlət büdcəsindən meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə 318,7 milyon manat vəsait xərclənib”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Şəmkir, Salyan, Horadiz və Qax rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və başa çatdırılması, bu sahədə bir sıra layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və digər işlərin görülməsi üçün 395,1 milyon manat vəsait də “Azərsu” ASC-yə ayrılıb: “Beləliklə də yalnız su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat xərclənib. Bundan əlavə xarici kreditlər hesabına da su təchizatı sisteminə külli miqdarda kredit ayrılıb. Belə ki, xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib. Bu qədər vəsait xərclənməsinin müqabilində bu il də şəhərlərdə icməli su, kəndlərdə isə həm içməli və həm də suvarma suyu qıtlığı yaranıb. Belə davam etsə ölkədə su üsyanı olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148891

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930