NEFT GƏLİRİMİZ NƏ QƏDƏR AZALIB?- Son 5 ay üzrə neftin orta qiyməti 41 dollar təşkil edib

01.07.2020 - 17:07

Mərkəzi Bank 2020-ci ilin I rübü üzrə bağlı tədiyyə balansını açıqladı. Daha detallı dəyərləndirmə növbəti yazımızda olacaq. Bu yazıda tədiyyə balansında xarici ticarət əlaqəsini əhatə edən neft və neft məhsullarının ixracat diapazonun daralması ilə bağlı rəqəmlərlə sizləri tanış etməkdir. Neft-qaz sektoru üzrə Cari Əməliyyatlar Balansı (CƏB) profisiti ötən ilin müvafiq dövrü ilə nisbətdə 19.2% (0.6 milyard dollar) azalaraq 2.4 milyard dollar təşkil etmişdir.

Xarici ticarət balansı üzrə isə bu ilin 1-ci rübü üzrə xarici ticarət dövriyyəsi 7.1 nilyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 3.6 milyard həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 1.7 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 1.9 milyard dollarlıq (24.7% azalma) profisit yaranmışdır.

Əmtəə ixracı üzrə azalmalar qeydə alınıb. Hesabat dövründə əmtəə ixracı 4.5 milyard dollar (6% azalma) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6.9% azalaraq 4.1 milyard dollar olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 7% azalması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (milyard dollar) 3.2 milyard dolları xam neftin, 95 milyon dollar isə neft emalı məhsulları təşkil etmişdir.

Tədiyyə balansı ilə bağlı məlumatlardan görünür ki, yaranmış kəsr ixracın azalması və idxal səviyyəsinin artması ilə əlaqəli olmuşdur. Əgər cari ilin I və II rübləri arasında müqayisələr aparsaq, onda asanlıqla proqnozlaşdırmaq olar ki, II rübdə çox ciddi sürətdə ixracatda geriləmələr olacaq. Çünki I rübdə pandemiyanın təsirləri neft qiymətlərində görünməmişdi. Mart ayının 3-dən başlayaraq neftin qiymətlərin ciddi dalğalanmalar üçün zəmin yarandı. Birinci rübdə neftin orta qiymət səviyyəsi 58 dollar təşkil etdiyi halda tədiyyə balansında kəsr yaranırsa, o zaman 30-40 dollar nisbətində tərəddüd edən II rübdə hansı fəsadlar yaranacaq.

Tədiyyə balansının təhlilindən görmək olur ki, kəsrin yaranması neftin ixracatından daxilolmaların kəskin azalması ilə yox, ölkədən investisiyaların xaricə yön alması əlaqəli olmuşdur. Son 5 ayın göstəricisi üzrə neftin orta qiymət səviyyəsi 41 dollar təşkil edib. Buradan belə bir hesablama aparsaq, o zaman aydın olar ki, neftin ixracaından itkilərimi nə qədər olub.

Məlum olduğu kimi neftin ay ərzində 1 dollar neftin qiymət azalması gün ərzində ölkəmizin 640 min dollar olar itirməsi deməkdir. İl ərzində isə neftin ortalama qiymət 2 dollar azalarsa, bu 500 mln. dollar gəlirdən məhrum olması deməkdir. Ötən il üçün MB-ın məlumatlarına əsasən neftin orta illik qiyməti 64,4 dollar olub. Bu hətta 2018-ci illə müqayisədə 9,6%-lik azalma deməkdir. Bu ssenari üzrə hesablamalar aparsaq, o zaman təxminən yarım illik itkimizin miqdarı 2,6 mlrd. dolları ötəcək. Bu illik təxminən 5 milyard dollarlıq bir itki həddi deməkdir. Halbuki Azərbaycanın elə illər olubdur ki, neftdən əldə etdiyi gəlirlərin məbləği 20 mlrd. dollara yaxın olub.

Neft gəlirləri və bəzi makroiqtisadi göstəricilərin dinamikası

İllər ÜDM həcmi Məşgulluq səviyəsi Əhalinin gəlirləri
(1 nəfərə düşən)
Yoxsulluq səviyəsi Büdcə gəlirləri Neft gəlirləri
2000 3158 99.0 513 784
2001 3441 98.9 466 751
2002 3775 87.3 560 1068
2003 4718 88.2 508.9 715 1623
2004 5316 89.1 535.5 49 785 1841
2005 6063 90.0 618.8 46.7 910 1995
2006 7146 90.8 707.2 44.7 1221 2336
2007 8530 92.0 796.7 40.2 1510 2945
2008 12523 92.7 962.2 29.3 2055 5370
2009 18746 93.4 1201.3 20.8 3869 10537
2010 28361 93.7 1692.2 15.8 6007 16364
2011 40137 94.1 2378.3 13.2 10763 22149
2012 35602 94.3 2560.4 10.9 10326 15981
2013 42465 94.4 2866.1 9.1 11403 20199
2014 52082 94.6 3371.7 7.6 15701 26055
2015 54744 94.8 3789.3 6 17281 24747
2016 58182 95.0 4040.3 5.3 19496 23658
2017 58978 95.1 4192.4 5 18401 21324
2018 54352 95.0 4380.7 4.9 17498 14723
2019 60394 95.0 4709.8

Mənbə: https://www.stat.gov.az/

2020-ci ilin dövlət büdcəsi gəlirlərimiz 24,1 mlrd. manat olduğu halda bunun 11,35 mlrd. manatı NF-dan büdcəyə transfert şəklində daxil olacaq. Bu isə büdcə gəlirlərinin 47 faizi deməkdir. O zaman itkilərimiz təkcə neft gəlirlərinin akkumlyasiya olunduğu Neft Fondunun zərərləri olmayacaq. Eyni zamanda dövlət büdcəsinin gəlir mənbələrinin daralması ilə müşahidə olunacaq. Bu zaman büdcə sekvestri gündəmə gələcək. Gəlirlərin azalması fonunda xərc maddələrində bəzi “qayçılanmalar” qaçılmaz olacaq.

Əslində büdcə siyasəti iqtisad siyasətinin əhəmiyyətli bir ayağıdır. Ayrıca büdcə siyasətinin fəaliyyəti cəmiyyət ehtiyacları üçün xərcləmələrin və vergilərin ictimai faydasına diqqət yetirməmiz lazımdır. Neft gəlirləri artanda fiskal genişlənməni yox, neft gəlirləri azalanda isə büdcə “kəmərlərin” sıxmaq doğru yol sayılmaz. Sizin dövlət olaraq davamlı genişlənən xərc koridorunuz olmalıdır! (ASTNA.biz)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149102

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930