Mütəxəssislər ilin sonunadək dünyada iqtisadi böhran olacağını proqnozlaşdırıb

07.09.2020 - 11:26

“Mütəxəssislər qlobal iqtisadiyyatın son dövrlərdə bərpa olunmasını qeyd etsələr də, narahatlıq hissi aktual olaraq qalır”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib.

Onun sözlərinə görə, bütün ölkələrdə tezliklə tənəzzül başlayacaq: “İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədi. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”.

Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı: “Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq. Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırması tələb ediləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=153728

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728