Azərbaycan “Lapis Lazuli” dəhlizi üçün nəqliyyat operatoru təyin etdi

08.09.2020 - 15:27

Azərbaycan, Türkmənistan, Əfqanıstan arasında keçirilən danışıqlar zamanı “Lapis Lazuli” (lazurit dəhlizi) dəhlizi üçün nəqliyyat operatorları təyin edilib.

“Report” xəbər verir ki, videokonfrans formatında keçirilən danışıqların məqsədi Əfqanıstanın Herat əyalətindən başlayıb Türkmənistan, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyədək davam edən “Lapis Lazuli” tranzit nəqliyyat dəhlizinin buraxılış gücünü artırmaq olub.

Dəhliz üçün nəqliyyat operatorunu təyin etməklə yanaşı iştirakçılar nəqliyyat daşımalarının təkmilləşdirilməsi, yük daşımalarında bərabər şərtlərin, vahid tarif dərəcəsinin təyin olunması ilə bağlı məsələləri razılaşdırıblar.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə arasında daha sərfəli tranzit və gömrük şərtlərinin bərqərar olunacağı “Lapis Lazuli” nəqliyyat dəhlizini yaratmaqla bağlı saziş imzalanıb. 2018-ci ilin 13 dekabr tarixində isə Əfqanıstanın qərbindəki Herat əyalətinin dəmir yolu stansiyası yerləşdiyi Torqundi şəhərində yeni dəhlizin açılışı, eyni zamanda quru meyvə və ədviyyat yüklü 9 tırın Avropaya yola salma mərasimi keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728