“MALİYYƏ AMNİSTİYASI ÖZ HƏLLİNİ TAPMALIDIR” – Vahid Əhmədov

16.09.2020 - 16:12

“Cənab Prezidentin bu çağırışı təqdirəlayiqdir. Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Prezident İlham Əliyevin investorlara çağırışını şərh edərkən bildirib.

Xatırladaq ki, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında postpandemiya dövrünün vəzifələrindən danışıb. “Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, post pandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”, – İlham Əliyev vurğulayıb.

Vahid Əhmədov xatırladıb ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentə müraciət edəndə bu məsələyə toxunmuşdu: “Maliyyə amnistiyası lazımdır ki, insanlar təhlükəsizliklərilə bağlı arxayınlaşsınlar. Əmin olsunlar ki, kimsə sabah onların maliyyəsinin mənbəyini axtarmayacaq. Yalnız bundan sonra onlar əllərində olan kifayət qədər vəsaiti ölkəyə yatıracaqlar”.

Millət vəkili hesab edir ki, xarici investorların Azərbaycanda fəaliyyət göstərməsi üçün mülkiyyət toxunulmazlığı məsələsi həll olunmalıdır. “İnvestora birdəfəlik mülkiyyət toxunulmazlığı statusu verilməlidir. Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Hazırda Azərbaycanda investisiya yatırmaq üçün çox böyük imkanlar var. Ona görə də mülkiyyət toxunulmazlığı və maliyyə amnistiyası öz həllini tapmalıdır”, – V.Əhmədov vurğulayıb.

Deputat deyib ki, investorlar üçün kifayət qədər güzəştli şərtlər təklif edilir: “Onların yatırım edəcəkləri sahədən asılı olaraq, güzəştlər təklif edilir. İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkları yaradılıb, o məhəllələrdə bütün strukturlar formalaşdırılıb. Orada fəaliyyət göstərən sahibkarlar 7 il müddətinə bütün vergilərdən azaddırlar. Bu cür güzəştlər var. Azərbaycana investisiya yatıran istənilən şəxs üçün münbit şərait yaradılır. Sadəcə, o insanların üzə çıxması üçün müəyyən danışıqlar aparmaq və mütləq şəkildə maliyyə amnistiyası elan etmək olduqca vacibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930