Türkiyə lirəsi rekord səviyyədə dəyərsizləşib

08.10.2020 - 15:05

Regiondakı geosiyasi risklərin kəskin artması fonunda Türkiyə lirəsi çərşənbə günü ABŞ dollarına nisbətən tarixi minimumu yeniləyib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə valyutası bir gün əvvəl qeydə alınan əvvəlki rekordu (7,88) yeniləyərək 1 ABŞ dolları=7,89 Türkiyə lirəsi səviyyəsinə düşüb.

Rəsmi Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlər son zamanlarda Türkiyənin Aralıq dənizinin şərqində apardığı və Yunanıstanla Kiprin narazılığına səbəb olan geoloji kəşfiyyatın intensivləşməsi səbəbindən pisləşib.

Bundan əlavə, mütəxəssislərin fikrincə, lirənin dəyərsizləşməsinin səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların bərpasıdır.

Rusiyadan alınan “S-400” ZRK-ların Türkiyə ərazsində sınaqdan keçiriləcəyinə dair yerli mətbuatda yayılan xəbərlərdən sonra Vaşinqtonun Ankaraya qarşı sanksiya tətbiq etmə ehtimalı ilə bağlı narahatlıqlar da lirəyə əlavə təzyiq göstərir.

Qeyd edək ki, bu ilin əvvəlindən bəri lirə dollara nisbətən 24%-dən çox ucuzlaşıb. Bu, “emerging markets” valyutaları arasında Braziliya realından sonra ən pis dinamikadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=155664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31