“Fitch”: Ermənistan istiqrazları daxili problemlərlə daha da dəyərsizləşib

15.10.2020 - 15:12

Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəirliliyi aşağı düşüb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha da ucuzlaşıb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha çox dəyərdən düşüb.

Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1%, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5% və 3,5% azalıb.

Qeyd edək ki, Azərbaycan istiqrazlarının gəlirliyi koronavirus pandemiyasından öncəki pik həddən yalnız 2% ucuzdur.

“Azərbaycan istiqrazları daha yaxşı vəziyyətdədir, çünki münaqişə və pandemiyanın qısamüddətli mənfi riskləri azdır”, – bunu ölkənin xarici valyuta ehtiyatlarına və tədavüldə olan 3 milyard ABŞ dollardan az avrobondlara əsaslanaraq “ING Bank”ın strateqi Trieu Pham deyib.

Xatırladaq ki, “Fitch” tərəfindən kredit reytinqi “BB+” səviyyəsində təsdiqlənən Azərbaycan, ölkəni maliyyə buferi ilə təmin edən ümumi daxili məhsulun (ÜDM) təqribən 85%-nə bərabər 43,2 milyard ABŞ dollarlıq suveren sərvət fonduna sahibdir. Bu il neft qiymətlərinin düşməsi və koronavirusdan zərər görən Azərbaycan iqtisadiyyatının kiçiləcəyini, ancaq dövlət borcunun ÜDM-yə nisbətinin aşağı olacağını gözləyir.

“Fitch” sentyabr ayında Ermənistanın kredit reytinqini isə “B+” səviyyəsinə endirib. Agentlik, döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-yə nisbətinin isə 63,9%-ə yüksələcəyini proqnozlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=156114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31