Azərbaycanda ictimai iaşә dövriyyәsi 2 dəfədən çox azalıb

18.10.2020 - 15:03

Dünyada koronavirus infeksiyasının sürәtlә yayılması әksәr ölkәlәrin turizm sektoruna da öz mәnfi tәsirini göstәrib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu hal ölkәmizdә dә müşahidә olunub vә cari ilin yanvar-sentyabr aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә turizm infrastrukturunun әsas elementlәrindәn olan ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb.

Azalmanın әsas sәbәbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması mәqsәdilә Azәrbaycan әrazisindә ictimai iaşә obyektlәrinin fәaliyyәtinә qoyulan mәhdudiyyәtlәr, hәmçinin Azәrbaycanla qonşu dövlәtlәr arasında dövlәt sәrhәdindә mәhdudlaşdırıcı rejimin, elәcә dә dünyanın әksәr ölkәlәrindә vәtәndaşların sәfәrlәrinә müvәqqәti mәhdudiyyәtlәrin tәtbiq olunması ilә әlaqәdar ölkәmizә gәlәn әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin sayında müşahidә olunmuş kәskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul, avqust vә sentyabr ayları ötәn ilin eyni ayları ilә müqayisәdә müvafiq olaraq 2,6 dәfә, 12,1 dәfә, 9,9 dәfә, 12 dәfә, 13 dәfә, 11,5 dәfә, 7,7 dәfә) nәticәsindә mart, aprel, may, iyun, iyul, avqust vә sentyabr aylarında ötәn ilin eyni ayları ilә müaqayisәdә ictimai iaşә xidmәtlәrinin hәcminin azalması olub.

Bu ilin sentyabr ayında ictimai iaşә dövriyyәsi ötәn ilin sentyabr ayı ilә müqayisәdә 2 dәfә azalıb. Nәticәdә ictimai iaşә xidmәtlәrinin hәcmi ötәn ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 2,1 dәfә azalaraq 529 milyon manat olub.

Özәl sektorda ictimai iaşә dövriyyәsinin 46,3%-i hüquqi şәxslәrin, 53,7%-i isә bu sahәdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin payına düşür. Hüquqi şәxslәr üzrә dövriyyә 2019-cu ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 1,9 dәfә azalaraq 242,9 milyon manat olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=156298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31