Türkiyə “BTQ”nın genişləndirilməsinə yeni investisiyalar cəlb edəcək

14.11.2020 - 16:22

“Türkiyə dəmir yolu infrastrukturuna investisiya cəlb etməyə hazırdır. Sənaye istehsal zonalarını birbaşa ticarət limanlarına bağlayacaq xətlər də, daxil olmaqla hökumətin gündəmində yeni dəmir yolu xətlərinin inşası var”.

“Report” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə müsahibəsində Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu deyib.

Onun sözlərinə görə, dəmir yolu şəbəkəsini texniki-iqtisadi əsaslandırmalara görə planlaşdırmışıq və yeni investisiyalarla ölkə logistika üzrə lider mövqeyini tutacaq.

Son 18 ildə Türkiyənin nəqliyyat sahəsində çox şey əldə etdiyini söyləyən A.Karaismailoğlu: “Bölünmüş yolların uzunluğunu 6 min kilometrdən 28 min kilometrə, tünellərin uzunluğunu 50 kilometrdən 600 km-ya çatdırılıb, hazırda 200 km-lik tunel şəbəkəmizin inşası davam edir”.

“Türkiyə Pekindən Londona qədər uzanan bir dəhlizdə yerləşir, yeni dəmir yolu xətləri əsasən Mütəşəkkil Sənaye Bölgələrini limanlara bağlayacaq. Beləliklə də sənaye məhsulları vaxtında və uyğun qiymətlə daşınacaq, bu da türk sənayeçilərini qlobal ticarətin birbaşa və bir hissəsi halına gətirəcək. Ən əsası isə biz, logistika sektorundakı 50 %-lik xərcləri 10 %-ə endirməyi planlaşdırırıq”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, dəmir yolları ilə daşınan yükün həcmini illik 30 milyon tondan qarşıdakı 3 il ərzində 45 milyon tona, 2028-ci ilə qədər isə 150 milyon tona çatdırmağı planlaşdırırıq:

“Bakı-Tbilisi-Qars xəttinin əsas hissələrindən biri olan “Divriği-Qars” dəmiryolu xəttinə investisiyaların cəlb edilməsi məqsədi ilə çalışırıq. Xəttin tutumunu 5 milyon tondan 20 milyon tona qədər artırmağı hədəfləyirik. Xüsusən Azərbaycanda yaşanan son hadisələrdən sonra Naxçıvandan keçəcək yeni bir dəmir yolu xətti inşasını planlaşdırırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30