OPEC: 2021-ci ildə neftə tələbat artacaq

04.01.2021 - 10:45

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə, OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli qərarı ilə yaxın aylarda tədricən bazara 2 milyon barel neftin qaytarılması imkanı verir. Eyni zamanda saziş iştirakçıları olan ölkələr hər an bazar vəziyyətindən asılı olaraq bu planı tənzimləməyə hazırdırlar.

O qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarının artımına böyük ümidlər bəsləyir: “Biz ümid edirik ki, bu il neftə tələbat azalmadan artıma keçəcək və gündəlik 95,9 milyon bareli keçəcək ki, bu da 2020-ci ilə nisbətən gündəlik 5,9 milyon barel çoxdur”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələrinin nazirləri fevral ayı üçün hasilat səviyyələrinə qərar vermək üçün növbəti onlayn görüşə toplanacaqlar. Dekabrın 3-də keçirilən daha öncəki iclasda neft hasilatını ayda gündəlik 0,5 milyon bareldən çox olmayan şəkildə tədricən artırmaqla bağlı razılığa gəliblər. Bundan əvvəl isə OPEC+ Monitorinq Komitəsi Nazirlərinin görüşü keçiriləcək ki, burada da iştirakçılar noyabr sazişinin icra səviyyəsini müzakirə edəcək və üzv ölkələrə fevral ayı üçün hasilatla bağlı tövsiyələr verə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930