Qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib

09.01.2021 - 13:35

Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.

Aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.
Belə ki, gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürülmüş 4 743 276.30 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414,0 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli şəxslərinə təhvil verilib.

Proses Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159516

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031