EİA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

10.02.2021 - 11:26

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Report bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – February 2021” hesabatına istinadən xəbər verir. Bu il üçün neft hasilatı üzrə proqnoz dəyişməıyib.

Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel, ikinci rübdə isə 730 min barel olacağı gözlənilir.

Agentliyin hesabatına əsasən, bu, EIA-in yanvar hesabatında verilən proqnozla eynidir.

Müvafiq olaraq bu proqnozlar 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 9,09 % azdır, ikinci rübü ilə müqayisədə isə 30 min barel və ya 4,29 % çoxdur.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozla eynidir. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 70 min barel və ya 10,45 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 750 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən yanvar ayında açıqlanan proqnozla eynidir. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 60 min barel və ya 8,7 % çoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728