Neft-qaz nəhəngi “Shell” 21,5 milyard dollar zərər edib – VİDEO

06.07.2021 - 13:20

Image with Shell

Böyük Britaniya və Niderlandın məşhur neft və qaz şirkəti nəhəngi “Royal Dutch Shell” 2020-ci ili zərərlə başa vurub.

Oxu.Az-ın şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən verdiyi məlumata görə, “Royal Dutch Shell” 2020-ci ildə 21,5 milyard dollar zərər edib.

Neft-qaz nəhənginin 1988-ci ildən bu yana maliyyə hesabatlarını analiz edən iqtisadçıların fikrincə bu, şirkət üçün anti-rekord sayılır.

Hesabatlara görə, 2015-ci ildən mənfəətini artırmağa müvəffəq olan şirkət 2019-cu ildə mənfəətini yenidən azaldaraq 16,4 milyard dollar gəlir əldə edib. Şirkət rəhbərliyi neft və qaz sektorunda qeyri-müəyyənliyin davam edəcəyi ilə bağlı açıqlama verib.

Hazırda şirkət mənfəətin paylanmasında modernizasiyaya getmək fikrindədir. Köhnəlmiş metodların dividendlərin paylanmasını lüzumsuz dərəcədə çətinləşdirdiyi bildirilir. Ötən ili kəskin zərərlə başa vuran şirkət səhmdarlarına dividend ödənilməsində modernizasiyaya getməklə daha çox investor cəlb etməyi düşünür.

Short URL: http://www.cumhuriyyet.net/?p=164882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31