Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

15.07.2021 - 12:23

 

Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

 

Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparılır və ilin sonuna qədər hava limanına ilk uçuşlar planlaşdırılır, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işləri aparılır.

Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında məlumat verilib.

İclasda həmçinin Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və s. avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=165116

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31