Tuğda şərab zavodu bərpa olunacaq – Yeni mərkəzlər yaradılır

Qarabağda şərab turizmi inkişaf etdiriləcək.
Bu barədə Dövlət Turizm Agentliyinin Turizm Məhsulları Şöbəsinin müdiri Şərifə Həsənova məlumat verib. O bildirib ki, Qarabağ ərazisində Xocavənd rayonunun Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq:
“Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlər üçün təqdim ediləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=167041