Kartofla bağlı yeni dövlət standartı təsdiq edilib

24.09.2021 - 14:58

Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  verilən məlumata görə, standart Tərəvəz toxum – əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=167048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31