Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 2%-dən çox artırılıb

Azərbaycanda 2022-ci ildə sosial müdafiə və sosial təminat üçün dövlət büdcəsindən 3,643 milyard manat xərclənəcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərcləri ilkin variantla müqayisədə 2,15% çox, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1,45% azdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=168994